DİA.AZ: - "Dojd" telekanalı dünən guya Xankəndidə zirzəmidə gizlənən erməni qadınla müsahibə yayıb. Müsahibənin lap əvvəlində qadın hırıldayır, sonra isə çəkilişin getdiyini anlayaraq matəm donuna girir. Ətrafda da nədənsə heç kəs yoxdur. İnternet əlaqəsinin səviyyəsi də əladır! Aşkardır ki, saxtakarlıqdır...
DİA.AZ bildirir ki, ümumən, həm Qərbin, həm də Rusiyanın liberalları ("Dojd" da bu yönümlü kanaldır) ikiyüzlü yanaşma nümayiş etdirirlər. Zelenski deyəndə ki, Ukrayna ərazisindəki separatçılar ya Ukrayna vətəndaşı olaraq yaşamalı, ya da Rusiyaya getməlidir - səsi çıxan yoxdur. Biz eyni şeyi ermənilərə münasibətdə söyləyəndə - üstümüzə gəlirlər. Axı niyə Ukraynada, Gürcüstanda, İspaniyada və s. separatçılıq pisdir, Azərbaycanda isə yaxşıdır?..